"Bir ovuc torpaq” romanında mənalı sitatlar | Kitab sözləri

«Bir ovuc torpaq” romanı Varisin sayca ikinci kitabıdır. Bu kitab üəllifin oxuculara təqdim olunan birinci kitabı olan “Sonuncu ölən ümidlərdir” kitabı təkrar nəşrlə birgə 11 min tirajla çıxıb və böyük oxucu kütləsinin rəğbətini qazanıb. 

Günahkar kimdir, silahı icad edən, onu düzəldən, atəş açmaq əmrini verən, yoxsa atəş açan?

-Varis ,Bir Ovuc Torpaq

 


"Bir ovuc torpaq” romanında mənalı sitatlar | Kitab sözləri varis

  • Həyat Allahın insana verdiyi ölüməqədərki möhlətdir.
  • Bəzən “əlvida” deyib gedirsən, ancaq sonradan necə olursa, qayıdıb gəlirsən. Hərdənsə gedəndə “hələlik” deyirsən, ancaq bir də heç vaxt geri qayıtmırsan…
  • Bezikdiricilikdən qaçın. Nə siz başqalarından bezin, nə də onlar sizdən bezsinlər. Hətta dostlarla ünsiyyətə belə məhdudiyyətlər qoyun.
  • Agıllı adamlar taleni özləri yazır, səfeh adamlar isə yazılanları icra edirlər.
  • Bəzənən, düzənən, dürlü-dürlü sözlər danışan, əslində isə, yırtıcıdanda yırtıcı olan bir məxluqmuş, demə, insan adlanan məxluq.
  • Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur.
  • Həyatda inamsız və etiqadsız yaşayan insanlar, adətən, arzudan məhrum olurlar. Yalnız kimə, nəyə inanmalı — bu, həyatın başlıca şərtidir. Həqiqətdən gözəl din yoxmuş, sən demə
  • Ölüm kamerasında günəş işığına həsrət qalan məhbus günəş işığını xəyalında uydurub təsəvvüründə canlandırır, sonra bütün hissiyyatı ilə onu hiss etməyə başlayır.
  • Doğularkən hamımız ağlayırıq. Böyüyəndən sonra bəzilərimiz ağlayırıq, bəzilərimiz qəhqəhə çəkib gülürük. Ölərkən isə susuruq.
  • Xəncərin parıldaması yalnız qana bulaşıncaya qədərdir. …. Ancaq qanı yuduqdan sonra xəncər yenə əvvəlki tək parıldayacaq….
  • Nədənsə mənə elə gəlir ki, bir-birinə əks olan şeylər bir-birindən uzaqlaşdıqca, daha da bir birinə yaxınlaşır. İnsanlar da eləcə.

 

Aclıq, ağrı, dərd və ölüm — Allah bunların birinci üçü ilə bizi sınağa çəkir, dördüncü ilə sınaqları yekunlaşdırır.

-Varis ,Bir Ovuc Torpaq

 

 

  • Dalğanın gücü ən yaxşı halda gəmini yox, balıqçı qayıqlarını silkələməyı çatar.
  • »Bilirsən, mən niyə instrumental musiqini dinləyirəm? Çünki burada səni qəlibə salan sözlər yoxdur, yalnız musiqi var. Sən onu necə dərk edirsənsə, qavrayırsansa, o qədər də o, sənə yaxınlaşır. Bugünki ovqatını, keçmiş xatirələrini musiqiyə ötürüb onu özünə doğmalaşdırırsan."
  • Xoşbəxtlik deyilən nəsnəyə doğru gedən yol o qədər uzundur ki, onu qət etməyə bir ömür bəs etmir. İkinci dəfə isə heç kəs doğulmur
  • Qalib gəlmək istəyən məğlubiyyət şübhəsi hiss etdiyi bütün ehkamları uçurub-dağıtmağı bacarmalıdır…
  • Hər bir səhvi düzəltmək üçün insan nəyinisə qurban verir. Ən böyük səhvlər isə insana həyatı bahasına başa gəlir.
  • Mən nağıla inanmıram. Nağıllar hamısı yalandır.Ona görə ki, nağılların hamısının axırı yaxşı qurtarır.
  • Görəsən, niyə insanlar pis adam olmaqdan qorxmurlar, ancaq birinin onlara «pis adam» deməsindən qorxurlar?

 

Gələcəyi olmadığı üçün qocalar xoşbəxtliyi keçmişində axtarırlar. Keçmişi olmadığı üçün cavanlar xoşbəxtliyi gələcək günlərdə axtarırlar. Ən pis vəziyyətdə olanlar isə bu iki zümrəyə aid olmadıqları üçün xoşbəxtliklərini məhz bugünündə axtarmağa məhkum olanlardır. Çünki dünən və sabah uzaq, bugünsə yaxındır.

-Varis ,Bir Ovuc Torpaq

 

 

0 şərh